AFFA “Turan Tovuz”a qarşı haqsızlığı etiraf etdi: Penalti deyildi - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının V turunda baş tutan “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında baş hakim Elçin Məsiyevin penalti qərarının yanlış olduğunu təsdiqləyib.
Msport.az xəbər verir ki, o, bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirilib.
Rəhim Həsənov FIFA referisini matçın 80-ci dəqiqəsində “Araz-Naxçıvan”ın hücumçusunun cərimə meydançasında qapıçı ilə toqquşaraq yıxılmasının penalti kimi dəyərləndirilməsinin səhv qərar olduğunu vurğulayıb.
“Kəpəz” – “Qəbələ” matçında isə bir epizodla bağlı hakim qərarı qaydalara uyğun olub.







