featured-image-27664
Ağır atletika üzrə Azərbaycan millisi 3 gündən sonra Ermənistanın paytaxtı İrəvanda start götürəcək Avropa çempionatında iştirak edəcək.
Yığma komandamız qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək.
Dünən Ermənistan tərəfinin təxribatının qarşısını alarkən 3 hərbiçimiz şəhid olub. İndiki məqamda İrəvana yarışa yollanmaq nə dərəcədə məqsədəuyğundur və təhlükəsizdir? Ağır Atletika Federasiyasının rəsmisi Kənan Məstəliyev Msport.az-a qısa açıqlamasında məsələyə aydnlıq gətirdi:
“Hazırda yarışda iştirakımıza bir maneə yoxdur. Qarşı tərəfdən təhlükəsizlik təminatı almışıq. Əlavə məlumat gedişatda veriləcək”.
Qeyd edək ki, qitə çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.
AYXAN 

Bənzər xəbərlər