featured-image-27771

Ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün Ermənistana yollananan Azərbaycan millisi artıq İrəvandadır.

Msport.az xəbər verir ki, azərbaycanlı idmançılara görə İrəvan havalimanında gücləndirilmiş təhlükəsizlik işləri aparılıb. “Sputnik Armenia” Zvardnots havalimanında xüsusi təyinatlı qüvvələrin də görüldüyünü yazıb.

Ermənistan Respublikasının Prezident aparatının rəhbəri Arayik Arutyunyan isə bildirilib ki, azərbaycanlı atletlər çempionatın açılış mərasimində iştirak etməyəcəklər. Onun sözlərinə görə, Azərbaycan tərəfindən 4-ü idmançı olmaqla 12 nəfərlik nümayəndə heyəti Ermənistana gəlib.
Qeyd edək ki, ölkəmizi Avropa çempionatında kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) təmsil edəcək.

Royal Türksoy

Bənzər xəbərlər