featured-image-29311

PFL-in sabiq prezidenti Ramin Musayev “qol.az” saytına geniş müsahibə verib, demək olar ki, hər mövzudan danışıb. Xanım həmkarım sağ olsun, yazını kifayət qədər maraqlı hazırlayıb, bir nəfəsə oxunur.

Ramin müəllim də…Yenə köhnə şakərindən əl çəkmir, çıxışının sonradan hansı rezonans doğuracağına diqqət yetirmir. Bəlkə də çox adam bilmir ki, Musayevin PFL-in prezidenti postundan göndərilməsinin əsas səbəblərindən biri mətbuat konfransında Polşa “Lex”i haqqında söylədiyi məşhur fraza idi. Onun jurnalistlər qarşısında “Qarabağ” “Lex”i lox edəcək” deməsi birmənalı qarşılanmadı. Yadınızdadırsa, bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olundu və o cür kobud ifadə forması yuxarıların xoşuna gəlmədi. Bir günün içində Musayevi istefa vermək məcburiyyəti qarşısında qoydular. Amma deyəsən, həmin hadisə də Ramin müəllimə dərs olmayıb.

“Neftçi” haqqında saatlarla danışsaq, bəs etməz. Mənim bu sözüm bəlkədə bəzi insanları əsəbiləşdirəcək. Qızım, “Neftçi”də rəhbər çoxdur. İfadəmə görə çox üzr istəyirəm, dinimizdə bir kişinin dörd arvadı ola bilər, amma bir arvadın dörd əri ola bilməz, axı. İdarəçi bir nəfər olmalıdır. “Neftçi”də belə deyil. Sponsorlar tez-tez dəyişir. Klubu hərə bir tərəfə dartır”.

Bu PFL prezidentinin “Neftçi” haqqında işlətdiyi ifadədir. Aydın məsələdir ki, “ağ-qaralar”ın idarəetməsində problemlər var, bu səbəbdən komanda heç cür “Qarabağ”la mübarizə apara bilmir, sponsorlar tez-tez dəyişir. Bunu biz də bilirik. Lakin ölkənin ən köklü klubu haqqında belə danışmaq…bir kişinin dörd arvadı, bir arvadın dörd əri… axı uzun illər mühüm post tutan şəxsə yaraşan ifadələr deyil bu.

Ramin müəllim “Neftçi”dəki fəaliyyətindən ağızdolusu danışır, amma hələ də Vlastimil Petrjelanın yanında Musayev soyadı çəkiləndə yerindən dik atılır. Axı yadımızdadır, çexiyalı məşqçi burdan necə göndərildi. Baş məşqçinin yanında paltardəyişmə otağına girib nələrsə demək istəməsi və Petrjelanın bunu qəbul etməməsi. Sonradan Petrjela qumara da qurşandı, ruhi dispanserdə müalicə də aldı, amma bu çox sonralar oldu.

“Qoy desinlər ki, Ramin Musayev filan qohumunu vəzifəyə gətirdi”. Bildiyim qədəri ilə Eldəniz Musayev indi də oyunlara AFFA nümayəndəsi gedir. Yaxşı kadrdır, uzun illərdir bu sahədədir. Amma yəqin ki, həmin dövrdə futbolda olanların yadında olar, o, əvvəlca AFFA-ya hansı sahəyə gətirilmişdi.

Ramin müəllim, bu ölkədə aydan-arı, sudan duru adam yoxdur. Hərəmizin bir günahı, hərəmizin bəlkə də min səhvi var. Amma danışanda da haqq-ədalətlə danışamaq daha yaxşı olar.

AYXAN 

Bənzər xəbərlər