featured-image-15335

“Neftçi” sabiq futbolçusu Ahmed Ahmedovun mükafatla bağlı fikirlərinə münasibət bildirib.

Paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Msport.az saytına açıqlamasında türk əsilli bolqarıstanlı hücumçuya yaxın günlərdə ödəniş ediləcəyini söyləyib.

Klub rəsmisi gecikmənin səbəbini belə izah edib: “O vaxt müqaviləsi başa çatan futbolçuların miqrasiya sənədinin də vaxtı bitirdi. Avtomatik olaraq, buradakı hesabları da bağlanırdı. Ona görə heç bir ödəniş edə bilmirdik və bəzilərində gecikmə olmuşdu. Artıq bir neçəsinin məsələsi həllini tapıb. Yəqin ki, Ahmedin də problemi yaxın vaxtlarda həll olunacaq. Özü ilə əlaqədəyik. Hesab müəyyənləşdirməlidir ki, ödəniş edək”.

Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısında “Neftçi”də icarə əsasında çıxış edib. O, dünən Msport.az saytına müsahibəsində “Neftçi”nin prezidenti Kamran Quliyevi vəd olunan çempionluq mükafatını verməməkdə ittiham edib.

Bənzər xəbərlər