featured-image-48288

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində “Ring of fire” boks gecəsi keçirilib. Msport.az xəbər verir ki, tədbirin əsas görüşündə ukraynalı Aleksandr Usik britaniyalı Tayson Fyüri ilə üzbəüz gəlib.

Döyüş 12 raund davam edib. Doqqquzuncu raunda Usik rəqibini noqdauna sala bilib.

Hakimlərin qərarı ilə qələbə ukraynalı idmançıya verilib.

Usik son 25 ildə superağır çəki dərəcəsində ilk mütləq dünya çempionu olub.

Superağır çəki dərəcəsində son mütləq dünya çempionu Lennoks Lyüis idi. O, 2000-ci ilin aprelinə kimi WBC, WBA və İBF kəmərlərinə sahib olub.

Peşəkar rinqdə 22 döyüş keçirən Usik hamısından qalib ayrılıb. Fyüri isə ilk dəfə rinqi məğlub tərk edib.

Bənzər xəbərlər