featured-image-82716

“Liverpul” və Braziliya millisinin qapıçısı Alisson Beker karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Msport.az xəbər verir ki, 33 yaşlı qolkiperə “Əl-İttihad”dan təklif gəlib.

Ərəblər onu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Alissonun “Liverpul”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli qapıçı özü hələ ki, yekun qərarını verməyib.

O, “İnternasional”, “Roma” klublarının formasını geyindikdən sonra 2018-ci ildə “Liverpul”a keçib.

Bənzər xəbərlər