Almaniya mundialların rekorduna imza atdı
Almaniya millisi dünya çempionatları tarixində ən çox əlavə vaxtda oynamaq rekorduna imza atıb.
Msport.az xəbər verir ki, almanlar 12 dəfə əlavə vaxtda oynayıblar və İtaliya və Argentinanı (hər ikisi 11 oyun) geridə qoyublar.
Almaniya 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvayla qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb və komandalar qalibi penaltilərlə müəyyən ediblər.







