featured-image-49833

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib.

Msport.az xəbər verir ki, günün hər iki oyunu A qrupunda baş tutub.

Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Füllkruq fərqləniblər.

Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 7-yə çatıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb.

Macarıstan isə bu qələbə sayəsində pley-off şansını saxlayıb. Komanda qrup mərhələsi başa çatdıqdan sonra 3-cü yeri tutan ən yaxşı 4 yığma arasına düşə bilsə, 1/8 finala adlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bənzər xəbərlər