featured-image-76409

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Mark Andre Ter Şteqen DÇ-2026-da oynaya bilməsə, onun əvəzləyicisini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq paylaşım edib.

Onun sözlərinə görə, Ter  Şteqen olmasa, “Hoffenhaym”ın qapıçısı Oliver Bauman “1 nömrə” olacaq. “Ştutqart”ın oyunçusu Aleksandr Nübel əvəzedci qapıçı olacaq. Üçüncü qolkiperin adı daha sonra müəyyənləşəcək.

Almaniya millisi DÇ-2026-da E qrupunda Ekvador, Kürasao, və Kot-d`İvuar komandaları mübarizə aparacaq.

Bənzər xəbərlər