Braziliyalı futbolçu məşq bazasında həbs olundu
“Vasko da Qama”nın hücumçusu David Korrea Braziliya polisi tərəfindən klubun məşq bazasında həbs olunub.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu qətl cəhdində, qanunsuz maddələrin dövriyyəsində, silahlı cinayətkar təşkilatda iştirakda və şahidlərin hədələnməsində şübhəli bilinir.
Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız Braziliya klublarında çıxış edib.







