Ançelotti DÇ-2026-ya aparacağı ilk futbolçunu açıqladı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn dünya çempionatı üçün yekun heyətə ilk müdafiəçisini seçib.
Msport.az xəbər verir ki, bu, “Flamenqo”dan Danilodur.
O, həmçinin “Real”, “Mançester Siti” və “Yuventus”dakı çıxışları ilə tanınır.
Ançelotti Danilo ilə bağlı fikirlərini bildirib: “Danilo həm meydanda, həm də meydandan kənarda çox vacib oyunçudur. Sizi əmin edirəm ki, o, mundial üçün son heyətdə olacaq. Onun xarakterinə, eləcə də şəxsi və futbolçu keyfiyyətlərinə görə həqiqətən minnətdaram”.
2026-cı il Dünya Kuboku gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixlərində davam edəcək. Braziliya qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.







