“Arsenal” Subimendini icarəyə verməyə razıdır
“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi qış transfer dövründə komandasını tərk edə bilər.
Msport.az xəbər verir ki, Avropanın bir sıra klubları artıq 27 yaşlı futbolçunun komandadan ayrılmaq istəyi barədə məlumatlandırılıb.
Onun vəziyyətini “Real”, “Barselona”, “Atletiko”, “Bavariya” və Dortmund “Borussiya”sı yaxından izləyir. “Arsenal” yanvarda Subimendinin icarəyə verilməsi variantını nəzərdən keçirməyə hazırdır. Ancaq mümkün transferin şərtləri hələ müzakirə olunmalıdır.
İspaniyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 10 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.







