“Araz Naxçıvan”dan növbəti qələbə
Futbol üzrə Azərbaycan I Divizionunda 6-cı tura yekun vurulub. Msport.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
Lider “Araz Naxçıvan” səfərdə “Zirə”nin əvəzedicilərini tək qolla yenib. “Mingəçevir” isə “Kəpəz”in ikinci komandasına oxşar hesabla uduzub. MOİK də “Sumqayıt”ın əvəzedicilərinə məğlub olub. “Turan Tovuz”la “Qəbələ”nin əvəzedici komandalarının görüşü isə Tovuz təmsilçisinin inamlı qələbəsiylə bitib.
I Divizion
6-cı tur
5 oktyabr
Zirə-2 – Araz Naxçıvan 0:1
Qol: Orxan Əliyev, 14.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva
“ASK Arena”, 13:00
Kəpəz-2 – Mingəçevir 1:0
Qol: Rauf Əliyev, 45+1.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00
MOİK – Sumqayıt-2 1:3
Qol: Fərmayıl Əliyev, 12 – Cavid Quliyev, 59; 78-pen. Nihad Əhmədzadə, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə
Binə qəsəbə stadionu, 15:00
Turan Tovuz-2 – Qəbələ-2 2:0
Qol: Rəşad Əliyev, 71. Akif Tağıyev, 90+2.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov
Tovuz şəhər stadionu, 15:00
Turun digər oyunları:
Qarabağ-2 – Neftçi-2 0:1
Şamaxı-2 – Qaradağ Lökbatan 0:0
İmişli – Səbail-2 2:3