featured-image-58334

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Msport.az xəbər verir ki, ilk matçda “Araz-Naxçıvan” “Səbail”in qonağı olub.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Ramon Maçado penaltini dəqiq yerinə yetirib. 56-cı dəqiqədə Bernardo Dias adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarını sayını 39-a çatdıran Naxçıvan klubu hələlik birinci pillədə qərarlaşıb. “Dənizçilər” 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Günün ikinci matçında “Qarabağ” “Sabah”ın qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.

Bənzər xəbərlər