featured-image-35264

“Araz-Naxçıvan” rusiyalı qapıçı Soslan Canayevə təklif göndərib.

Msport.az xəbər verir ki, Premyer Liqanın debütantı 36 yaşlı qolkiperlə danışıqlar aparsa da, anlaşma əldə olunmayıb.

Son klubu “Soçi” olan təcrübəli oyunçu “Spartak” (Moskva), “Terek”, “Rostov” və “Rubin”in də şərəfini qoruyub.

Qeyd edək ki, “Araz-Naxçıvan” artıq qapı xəttini gücləndirib. Muxtar Respublika təmsilçisi moldovalı Kristian Avramla 1 illik müqavilə bağlayıb.

Bənzər xəbərlər