“Araz Naxçıvan”la “Mingəçevir” səfərdə, “Zaqatala” evdə qələbə qazandı
Futbol üzrə Azərbaycan I Divizionunda 4-cü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.
“Zaqatala”nın “Səbail-2” ilə 9 qolluq oyununda meydan sahibləri qələbə qazanıblar. “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçda da meydan sahibləri qələbəyə seviniblər. “Araz Naxçıvan” bu dəfə səfərdə “Kəpəz”in ikinci komandasına qalib gəlib. “Mingəçevir” isə “İmişli”ni 6 cavabsız qolla üstələyib.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan”ı 2:0 hesabıyla məğlub etmişdi. “Şamaxı-2” – MOİK matçında isə heç-heçə (1:1) qeydə alınıb. Tura sentyabrın 19-da keçiriləcək “Sumqayıt-2” – “Qəbələ-2” oyunu ilə yekun vurulacaq.
I Divizion
4-cü tur
14 sentyabr
Zaqatala – Səbail-2 5:4
Qol: Emin Quliyev, 3; 16; 29. Elnur İbragimov, 58. Cəlal Cəbrayılov, 89 – Balamirzə Soltanov, 9; 54. Taleh Qarayev, 10. Zeynəddin Abdurahmanov, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
Kəpəz-2 – Araz Naxçıvan 1:2
Qol: Nihat Fərəci, 14 – Fərid Kərimzadə, 21. De Saboa İv Lüsyen, 64.
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov
Gəncə şəhər stadionu (azarkeşsiz), 16:00.
İmişli – Mingəçevir 0:6
Qol: Ruslan Voronsov, 18; 45+2. Cavid Məmmədli, 20; 47. Tural Məmmədzadə, 33; 64.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
Zirə-2 – Turan Tovuz-2 2:1
Qol: İlkin Muradov, 54. Samir Ağayev, 62 – Famil Camalov, 90+3-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı
“ASK Arena”, 19:30.