“Araz Naxçıvan” oyunu öncəsi “Qəbələ”də 3 itki
“West Hospital” təqdimatında “Qəbələ”nin futbolçularının sağlamlıq durumu açıqlanıb.
Msport.az xəbər verie r ki, “Qəbələ” Misli Premyer Liqasının II turunun bu gün keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq. Bakıda baş tutacaq qarşılaşmada “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etməyəcək.
Asif Məmmədov, Zurab Oçiqava və Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyi üçün hazırlıq prosesinə qatılmır. Zurabın gələn həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşü saat 18:30-da başlayacaq.







