featured-image-84665

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” oyunu təxirə salınıb.

Msport.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün yararsız vəziyyətə düşməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.

Bənzər xəbərlər