featured-image-84667

“Real”ın əfsanəvi hücumçusu olmuş Raul Qonsales “Ovyedo” klubunun baş məşqçisi ola bilər.

Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

49 yaşlı mütəxəssis vakant posta əsas namizədlərdən biri hesab olunur. Raul 6 il “Kastilya”ya rəhbərlik etdikdən sonra Madrid təmsilçisindən ayrılmışdı.

“Ovyedo” baş məşqçisi Xulian Fernandes Kaleronu istefaya göndərib. Onunla yanaşı, bütün məşqçilər heyəti də komandanı tərk edib.

“Ovyedo” Sequndada 13 turdan sonra 21 xalla 9-cu yeri tutur. Komanda ötən mövsümün nəticələrinə əsasən La Liqanı tərk etmişdi.

Bənzər xəbərlər