featured-image-1956

Futbol üzrə Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, əksər qarşılaşmalar şənbə gününə təsadüf edib.

Bol qollu “Ayntraxt” – “Hoffenhaym” və “Frayburq” – “Borussiya” (Mönxenqladbax) matçlarında qalib müəyyənləşməyib. “Köln” “Arminiya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Qroyter” evdə “Bayer”ə, “Leyptsiq” “Union Berlin”ə məğlub olub.

Turun mərkəzi oyunu lider “Bayern”lə 2-ci pillədəki Dortmund “Borussiya”sı arasında keçirilib. Dörd qolun qeydə alındığı bu oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Beləcə, “Bayern” mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu təmin edib. Bu, Münhen təmsilçisinin ardıcıl 10-cu, bütövlükdə isə 32-ci dəfə Almaniya çempionluğudur.

Almaniya Bundesliqası
31-ci tur

22 aprel

Volfsburq – Maynts 5:0
Qol: Vind, 8; 42. Kruse, 24; 35; 45+2.

23 aprel

Ayntraxt – Hoffenhaym 2:2
Qol: Ndikka, 32. Kamada, 66 – Ndikka, 12-öz qapısına. Rutter, 78.

Qroyter – Bayer 1:4
Qol: Villems, 5 – Şik, 8. Azmun, 18. Paulinyo, 58. Palasios, 84.

Köln – Arminiya 3:1
Qol: Ut, 3. Modeste, 43. Tilmann, 86 – Hubers, 33-öz qapısına.

Leypsiq – Union Berlin 1:2
Qol: Poulsen, 46 – Miçel, 86. Behrens, 89.

Frayburq – Borussiya (Mönxenqladbax) 3:3
Qol: Qrifo, 49. Gunter, 61. Linhart, 80 – Bensebaini, 3. Embolo, 13. Ştindl, 90+3.

Bayern – Borussiya (Dortmund) 3:1
Qol: Qnabri, 15. Levandovski, 34. Musiala, 83 – E.Can, 52.

24 aprel

17:30 Bohum – Auqsburq
19:30 Herta – Ştutqart

Bənzər xəbərlər