featured-image-17521

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud bu ölkənin yığma komandasının Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Msport.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər