featured-image-17012

DÇ-2022-yə hazırlaşmaq üçün milli komandaların demək olar ki, vaxtı yoxdur. Ancaq bir çox yığmalar mundialın startına 1 həftə qalmış yoxlama oyunları keçirəcəklər. Msport.az dünya çempionatında iştirak edəcək komandaların görüşlərini sizə təqdim edir:

16 noyabr 

Səudiyyə Ərəbistanı – Xorvatiya  14:00 (Ər Riyad)

BƏƏ – Argentina 19:30 (Əbu Dabi)

Oman – Almaniya 21:00 (Bauşar)

Polşa – Çili 21:00 (Varşava)

Meksika – İsveç 23:30 (Jirona)

17 noyabr

Qana – İsveçrə 14:00 (Əbu-Dabi)

Yaponiya – Kanada 17:40 (Dubay)

İraq – Kosta-Rika 18:00 (Bəsrə)

Mərakeş – Gürcüstan 20:00 (BƏƏ)

İordaniya – İspaniya 20:00 (Əmman)

Portuqaliya – Nigeriya 22:45 (Lissabon)

18 noyabr

Kamerun – Panama 14:00 (Əbu-Dabi)

Belçika – Misir 19:00 (Əl-Küveyt)

Bəhreyn – Serbiya 20:00 (Ər-Rifa, Bəhreyn)

  • Dünya çempionatı iştirakçılarından ilk olaraq Səudiyyə Ərəbistanı yoxlama oyunu keçirib. Onlar noyabrın 6-da İslandiyanı məğlub ediblər – 1:0. Səudiyyə Ərəbistanı daha sonra Panama ilə bərabərə qaldı – 1:1. Çərşənbə günü isə onların rəqibi Xorvatiya olacaq.
  • Ən tələbatlı komanda İraqdır. Dörd komanda onlarla gücünü sınayır: Meksika (4:0), Ekvador (0:0), Cənubi Koreya (3:0) və Kosta Rika (17 noyabr).
  • 32 komandadan 19-u yoxlama oyunu planlaşdırıb. Çoxları bu matçları Yaxın Şərq ölkələrində keçirəcəklər. Polşa yeganə oyununu Varşavada, Portuqaliya isə Lissabonda keçirəcək.
  • Üç cüt dünya çempionatının iştirakçılarından ibarət olacaq: Səudiyyə Ərəbistanı – Xorvatiya, Qana – İsveçrə və Yaponiya – Kanada.

 

 

Bənzər xəbərlər