featured-image-17524

Futbol üzrə Argentina yığmasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Msport.az xəbər verir ki, Lionel Skalonenin baş məşqçi olduğu komanda Qətərdə keçirilən dünya çempionatının ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub.

Asiya təmsilçisi cənubi amerikalıların 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.

“Tanqoçular” sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə yenilmişdi.

Bənzər xəbərlər