featured-image-83352

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında ən yüksək maaş alan mütəxəssis olub.

Msport.az xəbər verir ki, bu gün London klubu onunla müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.

Yeni anlaşmaya əsasən, ispaniyalı məşqçi 29,5 milyon avro əməkhaqqı alacaq. Bu məbləğin 20 milyonu maaşın əsas hissəsi, yerdə qalanı isə müxtəlif bonuslardır. Əvvəlki müqaviləyə əsasən 44 yaşlı mütəxəssis bonuslarla birgə 17,7 milyon avro alırdı.

Müqayisə üçün deyək ki, Unai Emeri (Aston Villa), Andoni İraola (Liverpul), Enzo Mareska (Mançester Siti), və Roberto De Dzerbinin (Tottenhem) illik maaşı 11,8 milyondan 12 milyon avroya qədərdir. Oliver Qlasner (Nottinqem Forest) də təxminən bu qədər qazanır.

 

 

Bənzər xəbərlər