featured-image-83340

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti 2030-cu ilə qədərdir.

İspaniyalı məşqçi 2019-cu ildə “Arsenal”ın “sükanı” arxasına keçib. O, buna qədər “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi işləyirdi.

“Topçular” onun rəhbərliyi altında 2025-2026 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

 

 

 

Bənzər xəbərlər