featured-image-50098

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində 1/8 final oyunlarına start verilib.

Msport.az-ın məlumatına görə, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gəliblər. 2:0 hesablı qələbə qazanan isveçrəlilər 1/4 finala adlayıblar. Son Avropa çempionu İtaliya isə turnirlə vidalaşıb.

Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutub. Bu matçda da qapılara 2 top vurulub. 2 cavabsız qolla qələbə qazanan Bundestim adını növbəti mərhələyə yazdırıb.

AVRO-2024

1/8 final

29 iyun

20:00. İsveçrə – İtaliya – 2:0

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

23:00. Almaniya – Danimarka – 2:0

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, “Siqnal İduna Park” stadionu.

Bənzər xəbərlər