featured-image-49903

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

Msport.az xəbər verir ki, C qrupunda İngiltərə Sloveniya ilə, Serbiya isə Danimarka ilə qolsuz heç-heçə edib.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran İngiltərə seçməsi qrup lideri olaraq 1/8 finala vəsiqə qazanıb. Danimarka seçməsi isə qrupu üç xalla ikinci sırada bitirib və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa və Niderland seçmələri 1/8 finala vəsiqəni təmin ediblər.


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

Msport.az xəbər verir ki, D qrupunda Fransa millisi Polşa ilə 1:1 hesablı heç-heçə edib. Matçda hər iki qol penaltidən vurulub. Fransalıların heyətində 56-cı dəqiqədə Kilian Mbappe, polşalılardan isə 79-cu dəqiqədə Robert Levandovski fərqlənib.

Bu qrupun digər görüşündə isə Avstriya yığması Niderlandı sınağa çəkib. 5 qolun vurulduğu matçda avstriyalılar gözlənilməz qələbə qazanıblar.

Beləliklə, Avstriya millisi (6 xal) qrup lideri, Fransa seçməsi (5 xal) ikinci yerin sahibi, Niderland yığması (4 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 1 xalı olan Polşa millisi isə qrupda qalıb.

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

———————————–

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Msport.az.az xəbər verir ki, bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.

Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisi 4 xala malikdirsə, Polşanın xalı yoxdur.

Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.

25 iyun

AVRO-2024

D qrupu, III tur

20:00. Niderland – Avstriya – 2:3

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin Olimpiya Stadionu.

20:00. Fransa – Polşa – 1:1

Baş hakim: Marko Quida (İtaliya).

Dortmund, “Siqnal İduna Park”.

C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir. Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

C qrupu, III tur

23:00. İngiltərə – Sloveniya – 0:0

Baş hakim: Klement Turpin (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

23:00. Danimarka – Serbiya – 0:0

Baş hakim: Fransua Leteksye (Fransa).

Münhen, “Alyans Arena”.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bənzər xəbərlər