featured-image-49407

Nüfuzlu “Transfermarkt” portalı Almaniyada keçiriləcək Avropa çempionatının ən bahalı heyətə malik komandalarını açıqlayıb.

Msport.az xəbər verir ki, bu, sıralama ümumi transfer məbləği əsasında formalaşdırılıb.

Bu göstəricidə İngiltərə millisi liderdir. Bütün komanda oyunçularının ümumi dəyəri 1 milyard 520 milyon avrodur.

İkinci sırada Fransa seçməsi (1 milyard, 230 milyon) qərarlaşıb. İlk “3-lüy”ü Portuqaliya (1 milyard 50 milyon avro) qapayır.

Qeyd edək ki, AVRO-2024 14 iyun-14 iyul aralığında baş tutacaq.

Bənzər xəbərlər