featured-image-49606

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

Msport.az xəbər verir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Şotlandiya seçməsində Skott Maktominey, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Qrupa isə 6 xalla Almaniya başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

————————————

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya – Macarıstan matçı başa çatıb.

Msport.az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heyətində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə Almaniya Şotlandiya yığmasına qalib gəlmişdi – 5:1.

————————————

Bu gün AVRO-2024-də qrup mərhələsinin II turuna start verilib.

Msport.az xəbər verir ki, günün ilk matçı Hamburqda baş tutub.

B qrupunun oyununda ilk turun uğursuzları üz-üzə gəlib. Çempionata məğlubiyyətlə başlayan Xorvatiya və Albaniyanın görüşündə qapılara 4 qol vurulub. Albanlar hesabı erkən açsalar da, xorvatiyalılar 3 dəqiqəyə 2 dəfə fərqləniblər. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə Albaniya millisi məğlubiyyətdən qaça bilib. Avtoqola imza ataraq, komandasını pis vəziyyətdə qoyan Qyasula bu dəfə rəqibin qapısını dəqiq nişan alıb – 2:2.

Qeyd edək ki, turun sabah keçiriləcək digər matçında İspaniya və İtaliya üz-üzə gələcək.

——————————

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

Msport.az xəbər verir ki, günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında baş tutacaq.

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya – İsveçrə qarşılaşması keçiriləcək. Matç Helzenkirhen şəhərində reallaşacaq.

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya – Albaniya – 2:2

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya – Macarıstan – 2:0

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, “MHP Arena” stadionu.

23:00. Şotlandiya – İsveçrə – 1:1

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.

Bənzər xəbərlər