featured-image-49581

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

Prosport.Az xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.

Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

—————————-

Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb – 3:1.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.

———————————–

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün daha iki oyun baş tutacaq.

Msport.az xəbər verir ki, F qrupunda Türkiyə – Gürcüstan və Portuqaliya – Çexiya matçları keçiriləcək. Gürcülər ilk dəfə qitə çempionatında mübarizə aparacaqlar.

AVRO-2024

18 iyun

I tur

F qrupu

20:00. Türkiyə – Gürcüstan – 3:1

Baş hakim: Fakundo Telyo (Argentina).

Dortmund, “Siqnal İduna Park” stadionu.

23:00. Portuqaliya – Çexiya – 2:1

Baş hakim: Marko Quida (İtaliya).

Leyptsiq, “Red Bull Arena”.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər