Avropa çempionatının əsas favoriti
“Opta” Almaniyada təşkil olunan Avropa çempionatında 1/8 final mərhələsi başa çatdıqdan sonra əsas favoritini müəyyən edib.
Msport.az xəbər verir ki, AVRO-2024-də çempionluğa əsas namizəd Almaniya millisidir (20%). Favoritlər üçlüyünə həmçinin İspaniya (19,2%) və İngiltərə (17,5%) milli komandaları daxil olub. Fransa millisi 15,2% göstərici ilə dördüncü yerdədir. Türkiyə millisinə isə çempionatı qazanmaq üçün 3,1% şans verilir.
Xatırladaq ki, AVRO-2024-ün 1/4 finalında aşağıdakı komandalar üz-üzə gələcək:
5 iyul
20:00. İspaniya – Almaniya
23:00. Portuqaliya – Fransa
6 iyul
20:00. İngiltərə – İsveçrə
23:00. Hollandiya – Türkiyə