AVRO-2024-ün qalibi bu gün bəlli olacaq
Bu gün Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qalibi bəlli olacaq.
Msport.az-ın məlumatına görə, final matçında İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Matçı fransalı FIFA referisi Fransua Leteksye idarə edəcək.
Qeyd edək ki, İngiltərə yarımfinalda Niderlandı, İspaniya isə Fransanı 2:1 hesabı ilə məğlub edib.