featured-image-39293

Azərbaycan millisinin daha üç cüdoçusu Fransada keçirilən Avropa çempionatında bu gün mübarizəyə qoşulacaq.

Msport.az xəbər verir ki, son qitə çempionu Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Zelim Tçkayev (81 kq) medal qazanmağa çalışacaqlar

Heydərov 1/16 finalda Belçikadan olan Abdul Malik Umayevlə, Məmmədəliyev 1/32 finalda Finlandiya təmsilçisi Turpal Coukayevlə güləşəcək.

Tçkayev isə eyni raundda finlandiyalı Oskari Makineni ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.

Bənzər xəbərlər