Avropa çempionatında daha 3 medal şansı
Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxacaq.
Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) 1/16 finalda müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə qarşılaşacaqlar.
Mübarizəyə 1/8 finaldan qoşulacaq Uşangi Kokauri (+100 kq) isə Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatında 11 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.