featured-image-25775

Avstriya millisinin kapitanı David Alaba komanda ilə birgə məşqlərə başlayıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, “Real”ın müdafiəçisi yığmamıza qarşı martın 24-də keçiriləcək oyunda meydana çıxa bilər.

Madrid klubunun heyətində zədələn 31 yaşlı futbolçu son 6 matçda forma geyməyib. O, təxminən 1 aydan çoxdur ki, bərpa prossesi keçir.

Qeyd edək ki, Alaba Avstriyanın ən məşhur futbolçusu sayılır. O, son illərdə daim ölkənin ən yaxşı oyunçusu seçilir.

Alaba sıraya qayıtsa da, Aleksander Şlaqer, Marko Arnautoviç, Matias Honsak və Filipp Lienhart zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.

Xatırladaq ki, Avstriya – Azərbaycan matçı martın 24-də saat 23:45-də start götürəcək.

AYXAN 

Bənzər xəbərlər