"Ayaks"ın yetirməsinə Azərbaycandan təklif
“İndoneziya və Azərbaycandan təkliflər almışdım, amma məni razı salmadı”.
Msport.az xəbər verir ki, bunu Kiprin “Apollon” klubunun yeni qapıçısı Peter Leuvenberq yerli mətbuata açıqlamasında deyib.
29 yaşlı qolkiper bildirib ki, daha bir neçə il yüksək səviyyədə oynamaq istədiyi üçün Limassol təmsilçisini seçib: “Artıq yaşım 30-a yaxınlaşır. İndoneziyaya getsəydim, bu, mənim son təyinat nöqtəm ola bilərdi. Bundan sonra Avropaya qayıtmaq daha çətindir”.
Qeyd edək Niderland “Ayaks”ının yetirməsi olan Peter Leuvenberq bu ölkənin “Dordrext” və “Qroningen” komandalarında da çıxış edib.