featured-image-71792

Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi”o

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi  Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Fransa yığmasına uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

istəyirik ki, futbolçular tam formada olsunlar. Millinin ən az seçimi olan vaxtı idi. Geniş seçim deyildi. Oyundan qabaq desəydim, başqa cür başa düşülərdi. Sağ cinahda çox fikirləşdik ki, nə edək? Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismətdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədir. Uzun söhbətdir. Qısa vaxtda demək lazımdırsa, əl-lə verməliyik. Futbolun inkişafı tək AFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq.

– Seçmə mərhələ başa çatdı. Komandaya çox çətin vəziyyətdə gəlmişdniiz. Bundan sonra taleyiniz necə olacaq, AFFA rəhbərliyi milliyə verdiyiniz töhvələri nəzərə alacaq? Sizi Millətlər Liqasında millinin başında görəcəyik?

– İnşallah. Səbr edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyniz suallara aydınlıq gələcək.

– Əsas problem bir sıra futbolçuların klublarında oynamamasıdır. Onlar görünür ki, pulu düşünürlər. Həmin futbolçulardan hansısa birini “Şamaxı”ya gətirmək fikriniz var?

– Gəlsələr, hamısını götürüərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Milli futbolçuları ideal formada olsa, zədəli olmasalar, potensial yüksəkdir.

– Millətlər Liqasında hücum futbolu görəcəyik millidən?

– Hücum və müdafiə futbolu söhbəti birinci yerdə dayanır. Oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm futbollara diqqətlə baxın. ÇL-də bəzi komandalar var ki, “Mlan”, “Yuventus” harada, necə müddafiə olunur. Burada fikir dəyişməlidir. Birinci hissədə Fransanı rəqib tərəfdə sıxmaq istədik. Fransa , Ukrayna və İslandiya bu qədər hücum etməmişdi. Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan.

– Matçdan öncə məşqdə Sərxan Hacıyevlə söhbət edirdiz. Gələcəyinizlə bağlı söhbət idi?

– Gələcəklə bağlı ayaqüstü söhbət olmur, oturmalıyıq(gülür). AFFA rəhbərliyi hər məşq,oyunqabağı söhbətlər olur, futbolçuların yanındadırlar. Onlara təşəkkür edirəm. Fransa ilə oyundan danışırdıq.

– Mətbuata qarşı həmişə yaxşı olmusunuz. Sizin futbolçularınız isə belə deyil. Anton Krivotsyuk, Renat Dadaşov mətbuata hörmətsizlik edirlər. Millidə vətənpərvər ruhu oyandırırıq. Bu da onun bir hissəsidir. Ricam odur ki, bu məsələni futbolçularla danışasınız…

– Birinci dəfədir eşitdim. Ola bilər. Nəzərimizdə olar, bu barədə futbolçularla danışırıq. Həmişə deyirik ki, futbolçular mətbuatdan qaçmasınlar.

– Rza Cəfərovu “Şamaxı”ya gətirib, Rikardo Fernandesi ehtiyatda saxlayarsınız?

– Bu yay olsaydı, fikirləşərdik. Bəlkə, Rikardonu milliləşdirək?(gülür). (Sportal.az)

Bənzər xəbərlər