featured-image-29561

Uğursuz nəticələrdən bezən “Neftçi” azarkeşləri komanda ilə görüşəcək.

Msport.az-ın məlumatına görə, bu barədə “Neftchi Baku” azarkeş səhifəsi paylaşım edib.

Elanda bildirilib ki, fanatlar mayın 12-də saat 17:00-da bazanın qarşısında toplanacaq: “Komanda ilə görüşə getməyi planlaşdırırıq. Kimlər gəlmək istəsə, həmin vaxt bazanın qarşısında olsunlar. Madam ki, real addım deyirsiniz, buyurun bu da addım. Gəlin, birlikdə sözümüzü deyək”.

Qeyd edək ki, “Neftçi” 33 turdan sonra 61 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bənzər xəbərlər