featured-image-15551

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Parlaq oyun izlədik. 90 dəqiqə gərgin oyun oldu. Baxımlı qollar vurduq. “Neftçi” kimi komandaya qarşı 90 dəqiqə oynamaq lazımdır. Qollardan sonra üstünlüyü rəqibə verdik. Hesab 3:0 olanda 4-5-ci qollar üçün çalışmalıyıq. Komandadan razı qaldım. Amma bəzi məqamlarda inkişaf etməliyik.

– Bu oyunu Rusiya Premyer Liqa matçları ilə müqayisə etmək olarmı?
– Əlbəttə, müqayisə etmək olar. “Qarabağ” “Zenit”lə birgə Rusiyada çempionluğa oynaya bilər. “Neftçi” isə ilk “8-lik”də qərarlaşmaq gücündədir. Ümid edirəm ki, biz də bunu bacararıq. Azərbaycan çempionatı barədə fikrim dəyişib. Bütün gücünü qoymasan, heç bir rəqibə qalib gələ bilməzsən.

– 3-cü qoldan sonra komandanın oyununu itirməsi nə ilə əlaqədar idi?
– Bu, psixoloji məsələdir. Bir səhv bizə təsir etdi. Kaşuku itirdik. Oyunumuzu itirdik. Rəqib uzun ötürmələrlə təzyiq edirdi. Bu oyun bizim üçün dərs olmalıdır. 90 dəqiqə mübarizə aparmalıyıq.

– Yalnız “Qarabağ”dan geri qalırsız. Onların hegemonluğuna son qoya biləcəyinizi düşünürsüz?
– Səmimi desəm, bu, çox çətindir. Klubumuz çox gəncdir, ilk addımlarımızı atırıq. “Qarabağ”a və turnir cədvəlinə baxmamalı, növbəti oyuna hazırlaşmalıyıq.

– Kaşukun durumu məlumdur?
– Xəstəxanaya apardılar. Ümid edirəm ki, sınma olmayacaq. Ağlayırdı. Həkimlər də narahat idilər.

Bənzər xəbərlər