featured-image-17006

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei DÇ-2022 üçün Qətərə getməyəcək.

Msport.az xəbər verir ki, 53 yaşlı veteran hücumçu bu barədə “İnstagram” hesabında məlumat yayıb.

Sabiq forvard FİFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb:

“Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə”.

Bənzər xəbərlər