featured-image-56961

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev Rusiyada terrorçular və ekstremistlər siyahısına salınıb.

Msport.az xəbər verir ki, 39 yaşlı veteran yarımmüdafiəçi terrorizmə çağırışlara görə Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısına əlavə edilib. Rusiya İstintaq Komitəsinin paytaxt qərargahının mətbuat xidməti keçmiş futbolçuya qarşı cinayət işi açıldığını bildirib.

Əliyev bir neçə il yaşadığı Kursk vilayətində dinc sakinləri qətlə yetirməyə çağırıb. O, Xabarovskdandır və Rusiya vətəndaşıdır.

Qeyd edək ki, Aleksandr Əliyev Rusiyada “Lokomotiv” və “Anji”də çıxış edib.

Bənzər xəbərlər