Azərbaycan kubokunun püşkü atıldı
Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Msport.az xəbər verir ki, sayca 30-cü dəfə təşkil olunacaq kubok yarışında 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq.
Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar.
Fevralın 14-15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.
1/8 final mərhələsində qarşılaşacaq cütlükləri diqqətinizə çatdırırıq:
- U-19 – “Yeni Suraxanı”
- “Lənkəran” – “Atletiko Baku”
- “STAR kargo” – “Şuşa”
- “Xan-Lənkəran” – “Dəstə Ordubad”
- “Baku Fire” – “Araz-Naxçıvan”
- “Neftçi” İK – “Trabzon Azərbaycan”
- “Ulduz” – “Baku Fire-2”
- “Timsport” – PFL
1/4 final
- 1-ci cütün qalibi – 8-ci cütün qalibi
- 2-ci cütün qalibi – 7-ci cütün qalibi
- 3-cü cütün qalibi – 6-cı cütün qalibi
- 4-cü cütün qalibi – 5-ci cütün qalibi
Yarımfinal
9-cu cütün qalibi – 12-ci cütün qalibi
10-cu cütün qalibi – 11-ci cütün qalibi







