Azərbaycan – Niderland oyununa hakim təyinatları açıqlandı
Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan – Niderland oyununa təyinatlar açıqlanıb.
Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan – Niderland: Təyinatlar
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
Hakim-inspektor:Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)
Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında keçiriləcək saat 20:00-da başlayacaq.