featured-image-25186

Almaniyanın “Bayern Münhen” klubunun əvəzedici komandasının futbolçusu Qrant-Leon Ranos Ermənistan millisinə dəvət alıb.

Msport.az xəbər verir ki, 19 yaşlı hücumçu Türkiyə yığmasına qarşı AVRO-2024-ün seçmə oyununa çağırılıb.

Münhen təmsilçisində bu mövsüm 24 matça 14 qol vuran gənc forvard debütünü məhz “ay-ulduzlular”la görüşdə gerçəkləşdirə bilər.

Ranosla bağlı maraqlı məqam ondan ibarətdir ki, bir müddət əvvəl onun adının qarşısına “Məmmədova” soyadı yazılırdı. Rusiya mətbuatı bunu futbolçunun Azərbaycan əsilli olması ilə əlaqələndirsə də, mənbələrdə bu barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan – Türkiyə oyunu martın 25-də keçiriləcək.

CAHİD

Bənzər xəbərlər