featured-image-30433

“Ximki”nin futbolçusu Ayaz Quliyev komandanın o vaxtkı baş məşqçisi Aleksandr Qriqoryanla münasibətlərindən danışıb.

Msport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi Azərbaycan millisində oynamaq perespektivlərini də dəyərləndirib:

“Qriqoryana təşəkkür edirəm. Onunla işləmək rahat idi. Mən azərbaycanlıyam, o erməni. Lakin Qriqoryan gələn kimi dedi ki, “Səni futbolçu kimi görürəm. Başqa şey barədə düşünmə”. O dəqiqə ona hörmətim artdı. Olur ki, bəzən futboldan kənar məsələlərə görə, nələrsə alınmır. Amma həmin anda etibarı hiss etdim, bildim ki, nə etmək lazımdır”.

Quliyev jurnalistin “Qriqoryan səni Ermənistan klubuna (2021-ci ildə “Alaşkert”ə rəhbərlik edib -red) dəvət etmədi?” sualını belə cavablandırıb: “Yox, məsələ aydındır. Məni ora götürməzlər. Ermənistanda bir azərbaycanlı belə oynamır. Bu yaxşı qərar olmazdı”.

“Ximki”nin futbolçusu Azərbaycan millisində oynamaq imkanları barədə də danışıb: “Mən Azərbaycana nə “hə” demişəm, nə də “yox”. Bir çox məsələlər var ki, onları müzakirə etmək lazımdır. Hər zaman eşidirəm deyirlər ki, gözləyirik və müzakirə etmək gərəkir. Ola bilsin ki, yaxın vaxtlarda Azərbaycan yığmasında oynamaq məsələsini danışdıq.

İstənilən halda karyera klub səviyyəsində qurulur, millidə yox. Bu məsələ barədə çoxdan söhbətlər var. Əgər başa düşsəm ki, legioner olduqdan sonra Rusiya Premyer Liqasında rəqabət aparmaq çətinləşəcək, bu artıq başqa məsələdir”.

Quliyev Azərbaycan yığmasını hansı səbəbdən seçdiyinə də aydınlıq gətirib: “Birinci növbədə mən azərbaycanlıyam. Amma klub karyerama zərbə olsa, getməyə dəyməz. Əgər klubda oynamasan, yığmaya da çağırılmayacan. O zaman getmək öz mənasını itirir”.

AYXAN 

 

Bənzər xəbərlər