featured-image-31438

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibə verib. Msport.az xəbər verir ki, o, Azərbaycandakı məvacibindən söhbət açb:

“Burada yaxşı maaş alıram və bu, məni qane edir”.

Rusiyalı mütəxəssis bildirib ki, “Krasnodar”ın illik 2 milyon avro məvacib alan həmkarı Vladimir İviçdən daha az qazanır.

Musayevin sözlərinə görə, bir ailənin normal yaşaması üçün aylıq ən azı 500 000 rubl (təqribən 6 330 dollar – E.S) lazımdır.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a başçılıq edir.

Bənzər xəbərlər