Azərbaycanın ən güclü cüdoçuları müəyyənləşir
15-17 dekabrda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Msport.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Çempionatın ilk günündə qadınlar arasında 48 kq. və 63 kq. çəkilərdə kişilər arasında 60 kq. və 81 kq. çəkilərdə, ikinci günündə qadınlar arasında 52 kq. və 70 kq., kişilər arasında 66 kq. və 90 kq. çəkilərdə, sonuncu günündə isə qadınlar arasında 57 kq., 78 kq. və +78 kq., kişilər arasında 73 kq., 100 kq. və +100 kq. çəkilərdə qaliblər müəyyənləşəcək.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.