featured-image-22187

“Səbail”in sabiq futbolçusu Orxan Fərəcov Polşanın “Nareva” klubu ilə müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi 1 illik anlaşmaya imza atıb.

Vaxtilə U-21 yığmamıza da cəlb olunmuş Fərəcov “Səbail”dən başqa, “Keşlə” komandasının da formasını geyinib.

Son iki həftə Polşa klubunun düşərgəsində baxışda olan həmyerlimiz yoxlama oyununda meydanın mərkəzindən gözəl qol vurub.

Qeyd edək ki, “Narev” Polşanın IV liqasında mübarizə aparır.

AYXAN 

Bənzər xəbərlər