featured-image-24817

“Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev növbəti dəfə qalmaqalla yadda qalıb. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi komandanın baş məşqçisi Spartak Qoqniyevlə mübahisə edib.

Əsas komandanın məşqlərindən uzaqlaşdırılmış Quliyev və Dmitri Tixiy martın 9-da trenajor zalında məşq edirlərmiş. Əsas komanda hazırlığa gələndə Quliyev və Tixiy hələ zalda olub və bu, baş məşqçini özündən çıxarıb.

Qoqniyev qışqıraraq futbolçuları təhqir edib. Mübahisə yüksək tonda bir neçə dəqiqə davam edib. Qoqniyev əsəbdən məşqə girə bilməyib və köməkçilərindən onu əvəz etməsini istəyib.

Baş məşqçi özü isə bazaya Quliyev və Tixiyin otağına gedərək söhbəti davam etdirib. Mübahisənin əlbəyaxa davaya çevirilməsinə “Ximki”nin mühafizə xidmətinin əməkdaşları imkan verməyib.

AYXAN

Bənzər xəbərlər